9123a698-0116-48a8-bf7b-eaca59620cb8.jpg

Vətən müharibəsinin 16-cı günü – Düşmən canlı qüvvə sarıdan xeyli itki verir

Baxış sayı: 210 dəfə baxılıb.

2020-ci il oktyabrın 12-si – bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin on altıncı günü.

Cixisyolu.com xatırladır ki, şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan
azad etmək üçün əzmlə irəliləməkdə davam edir.

Döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən yenə də qarşıdurmanı
cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf
alır. Gecə və səhər saatlarından etibarən Ağdam, Goranboy, Tərtər rayonlarının
ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşə tutulur. Nəticədə
Tərtər rayon Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində 1970-ci
il təvəllüdlü Firudin Kamal oğlu Bəylərov müxtəlif dərəcəli bədən xəsarətləri
alaraq xəstəxanaya yerləşdirilir.

Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində
düşmənin xeyli sayda canlı qüvvəsi, üç ədəd “BM-21” “Qrad” yaylım atəşli
reaktiv sistemi, bir ədəd “T-72” tankı, bir neçə avtomobil texnikası məhv
edilir və sıradan çıxarılır. Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən
artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində
yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin iki texnikası məhv
edilir. Canlı qüvvə sarıdan xeyli itki verən Ermənistan ordusunun 246-cı
alayının tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da məhv edilir.

Həmçinin, Tovuz rayonu istiqamətində düşmənin iki, Ağdam rayonu istiqamətində
isə bir PUA-sı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilir.

Döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi uğurlar diplomatiya
cəbhəsində davam etdirilir. Ermənistanın havadarlarının təzyiqləri fonunda
Prezidentİlham Əliyev qəti əzmkarlıq və siyasi iradə nümayiş etdirir. Oktyabrın
12-də Prezident İlham Əliyev “Haber Global” televiziyasına müsahibəsində
Ermənistanın terror mahiyyətini nəzərə almağın lazım olduğunu xatırladır:

“Çünki onlar döyüş meydanında məğlub olurlar, uduzurlar. Müzəffər Azərbaycan
Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya
hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da bu kəndlərin ərazisi
nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi
bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq, o yaşayış məntəqələrinə biz
hələ girməmişik, çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq
müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhəboyu
istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda öz heyfini,
öz acısını, öz məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Bu, onların
xislətidir. Çünki Xocalı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu da
törətmişlər”.

Təbii ki, müharibənin on altıncı günündə də üstünlüyün Azərbaycan Ordusunun
tərəfindən olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın
dalğalanacağından xəbər verirdi.

Mərahim Nəsib

Source link