6289d430-de24-47e9-af96-713c832ec5b0.jpg

Vətən müharibəsinin 29-cu günü: Qubadlı şəhəri və bir neçə kənd işğaldan azad edilir

Baxış sayı: 220 dəfə baxılıb.

2020-ci il oktyabrın 25-i, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin iyirmi doqquzuncu günü.

Cixisyolu.com xatırladır ki, azğın düşmən yenə də Ağdam, Tərtər və Ağcabədini atəşə
tutur. Goranboyun Meşəli kəndinə qadağan edilmiş raket atılır. Silahlı
Qüvvələrimiz isə əməliyyat planına uyğun hərəkət edir, nəzarətə götürdüyü
əraziləri bir qədər də genişləndirir, cəbhənin Xocavənd, Qubadlı və Laçın
istiqamətində düşmənin müqavimətini zəiflədərək müxtəlif istiqamətlərdə yeni
mövqelərə irəliləyir.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif
istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də iki tankı, iki
PDM-i, dörd “D-30” haubitsa topu, bir “2A36” “Qiasint-B” topu, yeddi ədəd
avtomobil texnikası məhv edilir və ya sıradan çıxarılır. Ermənistan silahlı
qüvvələrinin 543-cü alayının 1-ci taborunun bölmələri canlı qüvvə və hərbi
texnikada itkilər verərək geri çəkilirlər. Ermənistandan Qarabağa göndərilən
ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin növbəti böyük hissəsi məhv edilir.

Döyüş meydanı ilə yanaşı, informasiya müharibəsi də davam edir. Bu savaşın
önündə dayanan Prezidentİlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News”
televiziya kanalına müsahibəsində düşmənin tirajladığı yalan xəbərlərə aydınlıq
gətirir, jurnalistin təxribat xarakterli suallarını faktlarla cavablandırır:

“Siz deməyə çalışırsınız ki, müharibəni mən başlamışam. Əgər müharibəyə mən
başlamışamsa, niyə 17 il gözləyirdim? Azərbaycan Ordusu artıq azı 10 ildir ki,
yaxşı hazırlaşıb. Ona görə də diplomatik həll masa üzərindədir. Ermənistan
Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmalıdır. Azərbaycanlılar həmin
ərazilərə qayıtmalıdırlar, sonra ermənilərlə sülh və ləyaqət şəraitində
yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir”.

Həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin
Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə
bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə
keçirilir. Döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilir. Bir aya yaxın müharibə getdiyini xatırladan İlham Əliyev bu
müddət ərzində ölkəmizin döyüş meydanında böyük uğurlar əldə etdiyini qeyd edir:

“Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə
bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm
cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan
tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan
azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik
göstəririk, öz mövqeyimizi müdafiə edirik”.

Bütün bunların fonunda rəşadətli Ordumuz düşmənin başını ön cəbhədə əzir. Ən
asası isə Zəngilanın dörd, Cəbrayılın beş, Qubadlının yeddi kəndi və Qubadlı
şəhəri işğalçılardan azad edilir. Bu xəbəri də xalqa Prezident, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çatdırır:

Beləliklə, müharibənin iyirmi doqquzuncu günündə də üstünlüyün Azərbaycan
Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın
dalğalanacağından xəbər verir.

Mərahim Nəsib

Source link