453ae64d-71e4-4878-a46f-e4d1467566ed.jpg

Vətən müharibəsinin 31-ci günü: Ermənistan Bərdədə terror törədir

Baxış sayı: 160 dəfə baxılıb.

2020-ci il oktyabrın 27-si, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin otuz birinci günü.

Cixisyolu.com xatırladır ki, bir gün əvvəl tətbiq olunan humanitar atəşkəs rejiminə
riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif
istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və
cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tutur.

Bununla düşmən, əslində, humanitar atəşkəsdən də öz mənafeyi üçün istifadə
etdiyini bir daha aydın şəkildə göstərir. Eynilə prezidentin köməkçisi Hikmət
Hacıyevin “Əl Cəzirə” kanalınamüsahibəsində

dediyi kimi:

“Humanitar atəşkəs zamanı humanitar fəaliyyətlər həyata keçirilir, əsgərlərin
cəsədlərinin dəyişdirilməsi prosesi baş verir. Buna Azərbaycan müsbət cavab
verib. Lakin Ermənistan vədlərinə sadiq qalmayıb. Oktyabrın 11-də Moskvada
humanitar atəşkəslə bağlı bəyanat verildi. Ertəsi gün Ermənistan Azərbaycanın
ikinci ən böyük şəhəri Gəncəni “SCUD” raketi ilə vurdu. Burada 500 min insan
yaşayır. Bu o deməkdir ki, Ermənistan mülki əhalinin sıx yaşadığı yaşayış
məskəninə atəş açıb. Bu o deməkdir ki, Ermənistan humanitar atəşkəsi pozub.
Ondan sonra ikinci dəfə humanitar atəşkəs elan edildi. Ermənistan bunu da
pozdu. İkinci humanitar atəşkəs elan ediləndən iki dəqiqə sonra Ermənistan
ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutdu. Onlara necə
etibar etmək olar?! Onlar ikinci dəfə də Gəncə şəhərini “SCUD” raketi ilə
vurdular, nəticədə 14 mülki şəxs həlak oldu və 40-dan çox insan yaralandı.
İndiyədək 60-dan çox mülki azərbaycanlı öldürülüb. Döyüşlər başlayandan bəri
250 mülki şəxs yaralanıb. Bu o deməkdir ki, Ermənistan humanitar məqsədli
atəşkəsdə maraqlı deyil. Əksinə, bundan istifadə edərək vaxt qazanmaq, yenidən
qruplaşmaq, yeni hücumlara hazırlaşmaq istəyir”.

Ermənistan ordusu, bir tərəfdən, humanitar atəşkəsi pozur, digər tərəfdən də
təxribata əl atır. Günorta saatlarından başlayaraq düşmənin silahlı
birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən
intensiv raket və ağır artilleriyadan atəşə tutulur. Bərdə rayonunun
Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən “Smerç” raketindən atəşə
tutulması nəticəsində dinc sakinlər – Ofeliya Məcid qızı Cəfərova, Aybəniz
Əşrəf qızı Əhmədova, Ehtiram Xəlil oğlu İsmayılov və 2013-cü il təvəllüdlü Aysu
Rövşən qızı İsgəndərova həlak olurlar, 14 nəfər isə xəsarət alır. Bununla da
atəşkəs rejiminin tətbiq olunması ilə bağlı bütün razılaşmalar Ermənistan
tərəfindən pozulur.

Ordumuz isə düşmənin törətdiyi təxribatlara mülki əhaliyə zərər vurmadan
yalnız döyüş meydanında cavab verir. Döyüş əməliyyatları, əsasən, cəbhənin
Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edir. Hücum etmək
cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulur. Ordumuzun
keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci
motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilir. Ölənlər arasında
diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da olur. Cəbhənin müxtəlif
istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də bir ədəd “T-72”
tankı, dörd ədəd “D-30” və üç ədəd “D-20” topu, bir ədəd “Osa-AKM” zenit-raket
kompleksi, bir ədəd “BM-21” “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd
radiolokasiya stansiyası və altı ədəd avtomobil texnikası məhv edilir və
sıradan çıxarılır.

Beləliklə, müharibənin otuz birinci günündə də üstünlüyün Azərbaycan Ordusunun
tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın
dalğalanacağından xəbər verir.

Vətən müharibəsinin 31-ci günü: Ermənistan Bərdədə
terror törədir
Vətən müharibəsinin 31-ci günü: Ermənistan Bərdədə terror törədir

Mərahim Nəsib

Source link