cdb3197f-afc8-4792-89b2-44cde5d56b35.jpg

Vətən müharibəsinin 34-cü günü: Doqquz kənd işğaldan azad edilir

Baxış sayı: 135 dəfə baxılıb.

2020-ci il oktyabrın 30-u, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin otuz dördüncü günü.

Cixisyolu.com xatırladır ki, gecə ərzində döyüş əməliyyatları, əsasən, cəbhənin
Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. Bərdə və Tərtər
şəhərlərinə raket hücumları həyata keçirən üç ədəd “Smerç” yaylım atəşli
reaktiv sistemləri və ermənilərn qondarma özünümüdafiə ordusu adlandırdıqları
Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusu komandanının silahlanma
üzrə müavini polkovnik Viktor Arustamyan, o cümlədən xeyli sayda canlı qüvvəsi,
həmçinin “BM21” “Qrad”, bir ədəd “Osa” zenit-raket kompleksi, üç ədəd “T-72”
tankı, iki ədəd “Qvozdika” özüyeriyən haubitsası, 10 ədəd artilleriya topu,
piyadanın döyüş maşını, üç tank, dörd ədəd avtomobil texnikası, yeni istismara
verilmiş raket artilleriya silah anbarı, “Su-25” təyyarəsi və bir ədəd “P-18”
radiolokasiya stansiyası bölmələrimizin dəqiq atəş zərbələri ilə məhv edilir.

Düşmən yenə də mənfur siyasətindən əl çəkmir. Azərbaycan Ordusu döyüş
meydanında Ermənistan silahlı qüvvələrini cəzalandırdıqca düşmən yaşayış
məntəqələrinə və mülki əhaliyə atəş açmağa davam edir. Yenə də səhər
saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam,
Ağcabədi və Göygöl rayonlarının ərazisini artilleriya atəşinə tutur. Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, Ermənistan silahlı
qüvvələrinin Ağcabədi və Göygöl rayonlarını mütəmadi artilleriya atəşinə
tutması nəticəsində Ağgöl və Göygöl Milli parklarının ərazilərinə bir neçə dəfə
raket mərmiləri düşür

.

Bütün bunların fonunda Prezident İlham Əliyev xalqa növbəti müjdəni verir.
Ölkə başçısı özünün “X” səhifəsində Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə,
Şahvələdli, Xubyarlı kəndləri, Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri,
Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərinin işğaldan tam azad
edildiyini açıqlayır.

Beləliklə, müharibənin 34-cü günündə də üstünlüyün Azərbaycan Ordusunun
tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın
dalğalanacağından xəbər verir.

Mərahim Nəsib

Source link