45c57697-e455-4bfc-8f43-a0ce074ed766.webp

Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir

Baxış sayı: 175 dəfə baxılıb.

2020-ci il noyabrın 1-i, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin otuz altıncı günü.

Cixisyolu.com xatırladır ki, cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı
istiqamətlərində döyüş əməliyyatları davam edir.

Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin
yaşadığı əraziləri hədəf almaqda davam edir. Tərtər şəhərini və rayonun Şıxarx
qəsəbəsini, Qapanlı, Əskipara, Səhləabad kəndlərini, Ağcabədinin Yuxarı
Qiyaməddinli kəndini intensiv artilleriya atəşinə tutur.

Azğın düşmənin cavabı ön cəbhədə verilir. Ermənistan silahlı qüvvələrinin
“022” saylı xüsusi təyinatlı hərbi hissəsi darmadağın edilir. Hərbi hissənin
şəxsi heyətinin 70 faizi ölənlər və yaralılar olmaqla zərərsizləşdirilir.
Zəngilan rayonunun sərhəd ərazisində Ermənistan ordusuna məxsus iki ədəd
“BM-21” “Qrad” qurğusu məhv edilir, silah-sursatı qənimət götürülür. Həmçinin,
bu ərazidəki mövqelərimizi atəşə tutan düşmənin iki artilleriya batareyası, bir
piyadaların döyüş maşını, səkkiz müxtəlif tipli top, iki rabitə qülləsi, ikisi
sursatla dolu olmaqla yeddi avtomobil texnikası dəqiq atəş zərbələri ilə məhv
edilir.

Beləliklə, müharibənin 36-cı günündə də üstünlüyün Azərbaycan Ordusunun
tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın
dalğalanacağından xəbər verir.

Mərahim Nəsib

Source link