2020-ci il noyabrın 3-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin otuz səkkizinci günü.
Cixisyolu.com xatırladır ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd,
Zəngilan və Qubadlı istiqamətlərində davam edir. Ağdam və Ağcabədinin
kəndlərindəki mülki infrastrukturu, Tovuz, Gədəbəy, Daşkəsən, Qubadlı və
Zəngilanda yerləşən mövqelərimizi yenidən atıcı silahlar, minaatanlar və
toplardan atəşə tutan düşmənə ağır zərbələr endirilir. Ağdərə, Ağdam və
Xocavənd istiqamətində düşmən hücumunun qarşısı alınır. Ağır itkilərə məruz
qalan düşmən geri çəkilməyə məcbur edilir.
Ermənistan ordusunun daimi dislokasiya məntəqəsində səngərlərdə və atəş
mövqelərində, aralarında yüksəkrütbəlilərin də olduğu xeyli sadə canlı qüvvəsi
məhv edilir. Gün ərzində Ermənistan ordusunun 4 Qrad yaylım atəşli reaktiv
sistemi, 1 “KUB” zenit-raket kompleksi, 9 müxtəlif tipli topu, 2 sursatla dolu
yük maşını, Xankəndi yaxınlığında 2 sursat anbarı, o cümlədən cəbhədə uçuş
keçirməyə cəhd göstərən taktiki pilotsuz uçuş aparatı (PUA) sıradan çıxarılır.
Xeyli sayda hərbi qənimət ələ keçirilir, legitim hərbi hədəfləri dəqiq atış
zərbələri ilə darmadağın edilir.
Beləliklə, müharibənin 38-ci günündə də üstünlüyün Azərbaycan Ordusunun
tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın
dalğalanacağından xəbər verir.
Mərahim Nəsib