Vətən müharibəsinin doqquzuncu günündə azad edilən ərazilər – FOTO/VİDEO
Azərbaycan Ordusunun Vətən müharibəsində Cəbrayılın bir neçə kəndini və
strateji yüksəklikləri azad etməsindən üç il ötür.
Cixisyolu.com xatırladır verir ki, 2020-ci il oktyabrın 5-də Azərbaycan Ordusu
Cəbrayıl rayonunun Şıxalıağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif
istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib. Prezidentİlham Əliyev
bununla bağlı rəsmi “Twitter” (hazırda “X”) səhifəsində paylaşım edib.
Həmçinin, qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin
cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının iki, 41-ci artilleriya
alayının iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 63-cü tank
taborunun daha üç tankı məhv edilib.
Aprel döyüşlərində düşmənin altı tankını məhv etdiyinə görə “Azərbaycan
Bayrağı” ordeninə layiq görülmüş gizir Tahir Misirxanov Vətən müharibəsinin
başlanmasından ötən doqquz gün ərzində Ermənistan ordusunun daha 11 zirehli
texnikasını sıradan çıxarıb.
2020-ci il oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə
Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın
Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən
Azərbaycan ərazisinə raket buraxılışını qeydə alıb.