f34b3454-1d17-4a9b-9f43-29626dfd4b3d.jpg

Vətən müharibəsinin yeddinci günü – Suqovuşan və başqa bir neçə kəndimiz işğaldan azad edilir

Baxış sayı: 225 dəfə baxılıb.

2020-ci il oktyabrın üçü – bizi torpaqlarımızın azadlığına aparan Vətən
müharibəsinin yeddinci günü. Şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı
işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir.

Cixisyolu.com xatırladır ki, döyüş meydanında ciddi məğlubiyyətə düçar olan düşmən,
ilk günlərdə olduğu kimi, müharibənin yeddinci günündə də qarşıdurmanı cəbhə
bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır.
Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləbad,
Qazyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd,
İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcabədi rayonunun Muğanlı, Qiyaməddinli,
Rəncbərlər və Goranboyun Tap Qaraqoyunlu kəndi intensiv artilleriya atəşinə
tutulur.

Ermənistan ordusunun Tərtər rayonunun yaşayış məntəqələrini atəşə tutması
nəticəsində daha iki mülki vətəndaş – Qapanlı kənd sakinləri, 1984-cü il
təvəllüdlü Vasif Qasım oğlu Quliyev və 1985-ci il təvəllüdlü Pərviz Cəfər oğlu
Quliyev xəsarət alırlar.

Ermənistan silahlı qüvvələrinin Beyləqan şəhərinin müxtəlif istiqamətlərində
də dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə
tutması ilə şəhər sakinləri – 1976-cı il təvəllüdlü Zülfiyyə İsgəndər qızı
İsmayılova və bacısı, 1998-ci il təvəllüdlü Arzu İsgəndər qızı Əsədova
yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar
altında qalaraq həlak olur, eyni zamanda şəhərin müxtəlif yerlərinə düşən top
mərmilərinin qəlpələrindən 1982-ci il təvəllüdlü şəhər sakinləri – Etibar
Təvəkkül oğlu Balakişiyev və 1969-cu il təvəllüdlü Sevda Yaşar qızı Bəşirova
müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilirlər,
çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəyir.

Bütün bunlara baxmayaraq, müharibənin yeddinci günündə Azərbaycan Ordusu
torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır. Belə ki, həmin
gün bir neçə ərazimiz işğaldan azad edilir. Prezidentİlham Əliyev özünün “X”
səhifəsində Azərbaycan Ordusunun Madagizi işğaldan azad etdiyini və həmin
ərazilərdə Azərbaycan bayrağının qaldırıldığını açıqlayır. Həmçinin, İlham
Əliyevin verdiyiqərara əsasən,
Madagizin tarixi adı olan Suqovuşan adı yenidən bərpa edilir. Azərbaycan Ordusu
gün ərzində, həmçinin, Tərtər rayonunun Talış, Cəbrayılın Mehdili, Çaxırlı,
Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı
kəndini tamamilə işğaldan azad edir.

Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Madagiz – Ağdərə istiqamətində
gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun dörd
tankı məhv edilir, üç tankı isə qənimət götürülür. Həmçinin, Ermənistan silahlı
qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə
sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın dörd ədəd
avtomobil texnikası məhv edilir.

Təbii ki, müharibənin yeddinci günündə də üstünlüyün Azərbaycan Ordusunun
tərəfindən olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər
yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.

Vətən müharibəsinin yeddinci günü – Suqovuşan və başqa
bir neçə kəndimiz işğaldan azad edilir
Vətən müharibəsinin yeddinci günü – Suqovuşan və başqa bir neçə kəndimiz
işğaldan azad edilir

Mərahim Nəsib

Source link