3ff2d90f-f6e6-4a64-9266-096239f7046d..jpg

Vətən müharibəsinin yeganə qadın şəhidinin anım günüdür

Baxış sayı: 487 dəfə baxılıb.

Vətən müharibəsinin yeganə qadın şəhidinin anım günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün 44 günlük Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın
şəhadətə ucalmasından üç il ötür.

Cixisyolu.com xəbər verir ki, Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində
anadan olub.

Arəstənin atası – baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində
Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda
vəfat edib.

Şəhidimiz 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3
nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan
Dövlət Pedaqoji Kollecində təhsilini davam etdirib.

2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında
tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı
Qüvvələrinin “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının
azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi
yardım göstərib. O, 2020-ci il 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda
gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn
olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, o, ölümündən sonra “Vətən
uğrunda” medalı ilə təltif edilib.

Arəstə Baxışova ölümündən sonra 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç
Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis
olunan “Florence Nightingale” medalı ilə təltif edilib.

Arəstənin 12 yaşında Mərdan adlı oğlu və 11 yaşında Zəhra adında qızı Vətənə
əmanət qalıb.

Source link