f5fb990d-8fd6-4852-a7e7-73a86ff31048..jpg

Vətəndaş: “36 dəqiqə təcili yardım gözləmişik” – ŞİKAYƏT + AÇIQLAMA

Baxış sayı: 563 dəfə baxılıb.

Vətəndaş: “36 dəqiqə təcili yardım gözləmişik” – ŞİKAYƏT + AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətəndaş Abşeron rayonu Saray qəsəbəsində tibbi xidmətin keyfiyyətindən
narazıdır.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Məlumatda qeyd edilib ki, sözügedən ərazidə yaşayan sakin 36 dəqiqə təcili
tibbi yardımın “103 – Çağrı Mərkəzi”nə zəng etməyə çalışıb. Operator isə onu
gah Sumqayıta, gah da Xırdalana yönləndirib. Xırdalandakı nömrələrdən isə
zənglərə cavab verən olmayıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Cixisyolu.com
-ın sorğusuna cavab olaraq bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının
Təcili Tibbi Yardım Şöbəsi Abşeron rayon inzibati ərazisinin əhalisinə xidmət
göstərir. Sosial şəbəkədə yayılan məlumatla bağlı isə müvafiq araşdırmalara
başlanılıb.

“Şöbəyə pasiyentlər birbaşa müraciət edə və ya təcili tibbi yardım briqadaları
vasitəsilə çatdırıla bilərlər. “103” xidmətinin əhatə dairəsi geniş olduğu üçün
Abşeron rayonundan edilən çağırışlar Bakı və Sumqayıta daxil olur, oradan isə
Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinin əlaqə
nömrəsi vətəndaşlara təqdim edilir. Bu səbəbdən də çağırışlar gecikə bilir.
Məlumat üçün bildirək ki, gün ərzində çağırışların sayı 120-130, mövsümi
xəstəliklərlə bağlı isə 150-dən çox ola bilər. Bu səbəbdən də Abşeron rayon
inzibati ərazisinin sakinlərinə çağırış verərkən (012) 342-28-11 nömrəsi ilə
əlaqə saxlamalarını tövsiyə edirik”, – deyə TƏBİB-dən bildirilib.

Könül Cəfərli

Source link