11911bb3-520e-4441-9fbd-689cfcd7a4f0..jpg

Vətəndaş şikayət etdi: Apellyasiya Şurası iclas keçirdi

Baxış sayı: 423 dəfə baxılıb.

Vətəndaş şikayət etdi: Apellyasiya Şurası iclas keçirdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın sədrliyi ilə Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası
keçirilib.

Nazirlikdən verilən xəbərə görə, iclasda Apellyasiya Şurasının üzvləri – Hüquq
şöbəsinin müdiri Gülər Mikayılova, Strateji inkişaf və layihələrin idarə
edilməsi şöbəsinin müdiri Vüqar Məmmədov, Yaradıcı sənayelər və rəqəmsal
inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Daxili nəzarət və audit şöbəsinin müdiri
Cavid Əliyev, Sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfov
iştirak edib.

İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində vakant olan dövlət
qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən
14.09.2023-cü il tarixində elan edilmiş daxili müsahibə üzrə keçirilmiş
müsahibənin nəticəsinə yenidən baxılması ilə bağlı apellyasiya şikayətinə
baxılıb.

İclas zamanı namizədin müsahibə ilə bağlı fikirləri dinlənilib, Dövlət İmtahan
Mərkəzi tərəfindən təqdim edilmiş müsahibənin videoçəkilişinə və sənədlərinə
əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunub. Dadaş Muxtar oğlu
Muxtarlı ilə keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Şura üzvləri
tərəfindən namizədin iştirakı ilə müzakirə olunub. Sonda Apellyasiya Şurasının
üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair qərarlar qəbul
edilib.

Dadaş Muxtar oğlu Muxtarlının şikayəti ilə əlaqədar Apellyasiya Şurasında
qəbul edilən Qərara əsasən həmin namizədlə əvvəl keçirilmiş müsahibənin
nəticəsi dəyişdirilərək iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

Source link