cb31feac-c919-403b-b471-d352c168feb6..jpg

Vətəndaşı videosunu sosial şəbəkədə yayacağı ilə hədələyən şəxs SAXLANILDI

Baxış sayı: 658 dəfə baxılıb.

Vətəndaşı videosunu sosial şəbəkədə yayacağı ilə hədələyən şəxs SAXLANILDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxt sakini polis orqanına müraciət edərək naməlum şəxsin onun
videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1 170 manatını
almasını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan
müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb
etməkdə şübhəli bilinən Qobustan rayon sakini Nail Rəcəbov müəyyən olunaraq
saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link