f00aa4cf-ff16-4ca0-a1e8-3927bee1fdb6.webp

Vətəndaşlar içki və siqaretə nə qədər pul xərcləyirlər?

Baxış sayı: 225 dəfə baxılıb.

“Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsinə əsasən, spirtli
içkilər üçün minimum qiymət müəyyənləşdiriləcək. Dəyişikliklər araq
məhsullarının qiymətinin minimumlaşdırılmasını nəzərdə tutur”.

Cixisyolu.com xəbər verir ki, bu fikirləri Milli Məclisin iqtisadçı deputatı Vüqar
Bayramov sosial media hesabında bildirib.

O vurğulayıb ki, bu ilin ilk 9 ayında Azərbaycanda içkilər və tütün
məmulatlarına 1 milyard 882 milyon manat xərclənib.

“Əvvəlki ilin uyğun dövrünə nisbətən vətəndaşlarımız içkilər və siqaretə 132
milyon manat daha çox pul ayırıb. Yəni içki və tütün məhsullarının ailə
büdcəsində payı artmaqdadır.

Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içki və siqaretə
xərcləyirlər. İçki və tütün xərclərinin artması həmin məhsullarının qiymətinin
yüksəlməsi ilə bağlı olsa da, tələbin artması da müşahidə olunur. Ümumdünya
Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə
artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.0 litr olduğu halda,
bunun gələn il 2.5 litr, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir. İstehlak
artdıqca isə xərc də çoxalır.

Deməli, spirtli içki və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət
etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün
məhsullarını istehlak etməkdənsə ixrac etmək daha faydalıdır”.

Source link