Vətəndaşlardan silah-sursat götürülüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yevlax Rayon Polis Şöbəsi tərəfindən qanunsuz saxlanılan odlu silahların
könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən
məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdkləri
profilaktiki tədbirlərlə qanunsuz saxlanılan silahların könüllü şəkildə təhvil
verilməsi təmin edilib.
Qeyd edilən tədbirlər zamanı polis əməkdaşları tərəfindən daha üç müxtəlif
kalibrli ov silahı təhvil götürülüb.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü
təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
Bu istiqamətdə keçirilən növbəti tədbirlərlə Binəqədi rayon sakini məişət
tullantılar olan qutudan tapdığı “Makarov” markalı tapançanı, ona aid daraq və
beş ədəd patronu rayon polis idarəsinin 43-cü Polis Bölməsinə təhvil verib.
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat
tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı
oradan bir ədəd avtomat, bir ədəd daraq və 30 ədəd patron aşkarlanaraq
götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların
aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan
profilaktiki tədbirlər nəticəsində bir nəfər şəhər sakini müvafiq sənədləri
olmayan ov tüfəngini polis əməkdaşlarına təhvil verib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Qubada xeyli sayda silah-sursat aşkarlanıb/
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba
Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisindən
beş ədəd “AK-74” markalı avtomat, 8 ədəd patron darağı, 10 ədəd tüfəng, 11 ədəd
qumbara, 11 ədəd qumbara alışdırıcısı və 310 ədəd müxtəlif çaplı güllələr aşkar
edərək götürüblər.
Fakt üzrə Quba RPŞ-də müvafiq araşdırma aparılır.