0a28e313-d159-4aef-9ef6-4d0e4e56f096..jpg

Vətəndaşlardan yeni beş qəpiklərin tədavülə buraxılmasına reaksiya – SORĞU + VİDEO

Baxış sayı: 469 dəfə baxılıb.

Vətəndaşlardan yeni beş qəpiklərin tədavülə buraxılmasına reaksiya – SORĞU +
VİDEO

Azərbaycanda yenilənmiş 5 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.

Xezerxeber.az xəbər verir ki, pul nişanının arxa tərəfində yeni dizayn
elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının
buraxılış ili əks olunub.

Digər dizayn elementləri və texniki parametrləri isə hazırda tədavüldə olan
eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Bəs görəsən 1, 3, 5 qəpikliklər keçmişdə olduğu kimi indi də dəyərlidirmi?

Keçirilən sorğudan belə nəticəyə gəlmək olar ki, bu pul nişanlarından
istifadədə vətəndaşların fikri eyni deyil. Kimisi ümumiyyətlə 5 qəpik götürmür,
kimisi isə 1 qəpiyindən də keçmir.

Vətəndaş Yusif Qazıyev bildirib ki, manatı manat edən elə qəpikdir. Bu
səbəbdən də qəpiyimizin dəyərini bilməliyik.

Qeyd edək ki, yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan
eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Ətraflı süjetdə:


Source link