Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Seymur Əhmədovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, ittiham aktına əsasən, S.Əhmədov BP şirkətinə işə düzəltmək adı ilə 17 vətəndaşın ümumilikdə 59 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib və vədinə əməl etməyib.
Zərərçəkənlər polisə şikayət etdikdən sonra toplanmış material əsasında cinayət işi başlanılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.