Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən müfəttişin
istintaqı yekunlaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Laçın
rayon bölməsinin müfəttişi Rəşad Rəşidlinin istintaq prosesi yekunlaşıb.
“Report” xəbər verir ki, R.Rəşidlinin işinə cari il noyabrın 30-da Nizami
Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən iclasda
baxılacaq.
Qeyd edək ki, R.Rəşidli SHXÇDX-nin Laçın rayon bölməsinin çağırış və
hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir
imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab
edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul
vəsaitləri almaqda ittiham olunub.
Faktla bağlı başlanmış cinayət işləri üzrə toplanmış sübutlar əsasında Rəşad
Rəşidli Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir
göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb
edilib, məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla barələrində polisin
nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.