c2112076-ebd5-4a59-a9ed-cafa8bc8b4ce..jpg

Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Baxış sayı: 651 dəfə baxılıb.

Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxs hakim
qarşısına çıxarılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Cəlilabad
Rayon Şöbəsinin sabiq müfəttişi Ramil Həsənovun cinayət işi üzrə istintaq
prosesi yekunlaşıb.

“Report” xəbər verir ki, iş baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə
göndərilib.

Cinayət işinə cari ilin dekabr ayının 12-də baxılacaq.

Qeyd edək ki, bu il iyul ayının 6-da Baş Prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə
SHXÇDX-nin Cəlilabad Rayon Şöbəsinin müfəttişi Ramil Həsənovun işlədiyi tabe
qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin
qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə
yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif
məbləğlərdə pul vəsaitləri almalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı başlanmış cinayət işləri üzrə toplanmış sübutlar əsasında Ramil
Həsənov Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir
göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb
edilib, məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla barəsində polisin
nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Source link