Qaxda vətəndaşların 32 min manatını dələduzluqla ələ keçirən şəxs saxlanılıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Şəki regional qrupu məlumat yayıb.
Qeyd olunub ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 38
yaşlı Ədalət Abdullayev saxlanılıb.
Ə.Abdullayev zərərçəkənlərin etibarından sui-istifadə edərək onları işə
düzəltmək, əlilliklə bağlı ev və avtomobil almaqda köməklik göstərmək kimi
vədlərlə aldadıb. Bu kimi dələduzluq əməlləri ilə Ə.Abdullayev vətəndaşların 32
min manat pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.