38f0286b-dee6-40c9-99e0-02b2e2e89c35..jpg

Vətəndaşların 54 min manatını ələ keçirən şəxsin sürücüsü də TUTULDU

Baxış sayı: 858 dəfə baxılıb.

Vətəndaşların 54 min manatını ələ keçirən şəxsin sürücüsü də TUTULDU

Şirvanda vətəndaşların 54 min manatını ələ keçirməkdə şübhəli bilinən İqbal
Mikayılovun sürücüsü Samir Qasımov saxlanılıb.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan
regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov deyib.

O bildirib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat tədbirləri zamanı narkotiklərin qanunsuz dövriyyəsində və satışında
şübhəli bilinən şəhər sakini Samir Qasımov tutulub. Onun üzərinə keçirilən
baxış zamanı narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi
başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Şirvan şəhər sakini İqbal Mikayılov dekabrın 28-də polis
əməkdaşları tərəfindənsaxlanılıb .

Source link