62f5cc44-99db-4ded-9668-f50669b4bcb4..jpg

Vətəndaşların NƏZƏRİNƏ: Azərbaycanın iki şəhərində qaz olmayacaq – YENİLƏNİB

Baxış sayı: 393 dəfə baxılıb.

Vətəndaşların NƏZƏRİNƏ: Azərbaycanın iki şəhərində qaz olmayacaq – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Sumqayıtın bir neçə məhəllə və mikrorayonunda qazın verilişində
fasilələr yaranacaq.

Bu barədə Sumqayıt Qaz İstismarı Sahəsi məlumat yayıb.

Məlumata görə, 2-ci kəmərin bağlanması ilə əlaqədar Sumqayıt şəhəri 76-cı
məhəllədə yerləşən “Akasiya Park” MMC-ə məxsus yaşayış binalarının qaz
kəmərinin mənbəyə qoşulması ilə bağlı Sumqayıt şəhəri 3, 41, 41 A, 47, 76-cı
məhəllələr, 4, 8, 9, 10, 11, 12, 17, 18-ci mikrorayonlarda yaşayan abonentlərin
qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Saat 12:00-dan etibarən işlər yekunlaşana qədər abonentlərə verilən qaz
təchizatı dayandırılacaq.

16:34

Sabah Neftçala şəhəri daxil olmaqla rayonun bir hissəsinin qaz təchizatında
müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, “Ələt-Astara”
avtomobil yolunun “Yenikənd-Biləsuvar” hissəsinin genişləndirilməsi məqsədilə
tikinti sahəsinə düşən SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Neftçala qaz
kəməri qolu”nun 20-ci kilometrliyində yerləşən yol keçidi hissəsinin yenidən
qurulması ilə bağlı yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin qaznəqli
sisteminə birləşdirilməsi ilə əlaqədar 15.11.2023-cü il tarixində saat
08:00-dan təmir işləri başa çatanadək “Neftçala” QPS-dən qaz təchizatının
dayandırılması planlaşdırılır.

Məlumata görə, təmir işləri aparılan müddətdə Neftçala şəhəri daxil olmaqla
rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Source link