5ba6af61-7cea-481d-b38f-14ea8806063f..jpg

Vətəndaşların NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Baxış sayı: 514 dəfə baxılıb.

Vətəndaşların NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabah saat 10:00-dan “Keşlə” QPS-də dörd ədəd istismara yararsız siyirtmənin
yenisilə əvəz olunması və “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan
“Göyçay-1” QPS-də iki ədəd istismara yararsız siyirtmənin demontaj olunaraq
əvəzinə yeni siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatı
dayandırılacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonunun S.Vəzirov, N.Əliyev,
S.Sinuşkin, Y.Səfərov, A.İsmayılov, F.Bayramov, M.Rəfibəyli, M.Mehdizadə,
S.Orucov küçələrinin, Ağ Şəhər, Babək və Xocalı prospektlərinin, eləcə də
Göyçay rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Source link