93880790-6f26-4a51-aa5a-be0cea9dafee..jpg

Vətəndaşların NƏZƏRİNƏ: Biləsuvarın 11, Cəlilabadın doqquz kəndində qaz olmayacaq

Baxış sayı: 525 dəfə baxılıb.

Vətəndaşların NƏZƏRİNƏ: Biləsuvarın 11, Cəlilabadın doqquz kəndində qaz
olmayacaq

Sabah Biləsuvar rayonunun 11 kəndində təbii qazın verilişi müvəqqəti
dayandırılacaq.

Bu barədə Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Belə ki, Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan daşıyıcı qaz
xətlərində 27 sentyabr saat 10:00-dan başlayaraq işlər başa çatana qədər
aparılan təmir-yoxlama və kipliyə sınaq işləri ilə əlaqədar rayonun Bağbanlar,
Çinarlı, Aranlı, Çaylı, Günəşli, Ağayrı, İsmətli, Nəsimikənd, Nərimankənd,
Səmədabad və Arazbarı kəndlərinə (ümumilikdə 5 222 nəfər abonent) təbii qazın
verilişi dayandırılacaq.

Həmçinin sabah saat 09:00 radələrindən görüləcək işlər başa çatanadək,
“Günəşli” QPS-dən qidalanan yeraltı orta təzyiqli qaz kəmərlərinin kipliyə
sınaq edilməsi ilə əlaqədar Cəlilabad rayonunun Şiləvəngə, İnili, Şabanlı,
Təklə, Babalı, Cəlayir, Qasımbəyli, Abışabad və Abazallı kəndlərinə (ümumilikdə
1 226 abonent) təbii qazın verilişində fasilə yaranacaq.

Abonentlərdən xahiş edilir ki, qeyd olunan yaşayış məntəqələrində qaz
təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla, təhlükəsizlik tədbirlərinə
riayət etsinlər.

Source link