Vətəndaşların NƏZƏRİNƏ: Kirayə mexanizmi çərçivəsində yeni mənzillər təqdim
olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi
çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsinin Məhəmməd Əsədov küçəsində daha
171 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.
Bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.
Bildirilib ki, mənzillər bir və ikiotaqlı olmaqla aylıq ödənişləri 376
manatdan başlayır.
Onlar Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün
30 oktyabr 2023-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri
üzrə təklif olunan mənzillərin siyahısı iləbu keçid
İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4100-ə yaxın
vətəndaşla kirayə müqaviləsi bağlanıb.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış
sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun
internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə,
elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş
təlimatdan əldə etmək mümkündür.