67898240-3d38-41a6-9feb-0bf1565ff98b..jpg

Vətəndaşların NƏZƏRİNƏ: Şəmkir və Bakının iki rayonunun qaz təchizatı müvəqqəti dayandırılacaq

Baxış sayı: 475 dəfə baxılıb.

Vətəndaşların NƏZƏRİNƏ: Şəmkir və Bakının iki rayonunun qaz təchizatı
müvəqqəti dayandırılacaq

“Azəriqaz” İstehsalat Birliyi Şəmkir, paytaxtın Sabunçu və Xətai rayon
sakinlərinə müraciət edib.

İstehsalat Birliyindən verilən məlumata görə, sentyabrın 21-i saat 09:30-dan
payız-qış mövsümünə hazırlıqla əlaqədar “Yeni Binə 3 xətt” ölçü qovşağından
Binə qəsəbəsinə gedən qaz kəmərinin kipliyə sınaq olunması, saat 10:00-dan
“Zəyəm” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində cari təmir-bərpa
işləri və “Keşlə” QPS-dən qidalanan “Şüşə” ortatəzyiqli qaz kəməri üzərində
quraşdırılmış siyirtmənin əvəz olunması məqsədilə adıçəkilən ölçü
qovşaqlarından qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Xəzər rayonunun Binə qəsəbəsinin
Südçülük sovxozu adlanan ərazinin, Xətai rayonunun Ağ şəhər yaşayış massivinin,
Xocalı prospektinin və M.Mehdizadə, S.Orucov, N.Rəfiyev, N.Əliyev küçələrinin,
eləcə də Şəmkir rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə
yaranacaq.

Source link