c71968cd-39b3-477a-9490-dc9f940b5d22..jpg

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Baxış sayı: 339 dəfə baxılıb.

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Bakının Binəqədi rayonunda qazın verilişində məhdudiyyətlər olacaq.

Bu barədə Cixisyolu.com-a “Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, Xətai rayonu, R.Əsgərov küçəsi 39 ünvanında və S. Mehmandarov
küçəsi 94A ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi, həmçinin Binəqədi
rayonu, 7-ci Mikrorayon, Süleyman Sani Axundov küçəsində yeraltı qaz xəttində
aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədi ilə 06.04.2024-cü il tarixdə
saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun R. Əsgərov,
S. Mehmandarov, Ə. Şıxlinski küçələrinin və Binəqədi rayonu, 7-ci Mikrorayonun
31 və 26-ci məhəllələrinin, Union Park yaşayış massivinin, Süleyman Sani
Axundov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Source link