Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi rayonlarda qaz olmayacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Azadqaraqoyunlu-Ağdam” yüksək
təzyiqli magistral qaz kəmərinin “Yevlax-Naxçıvan” qaz kəmərinə birləşdirilməsi
ilə bağlı 29.11.2023-cü il saat 08:00-dan etibarən işlər başa çatanadək
“Kətəlparaq”, “Tərtər 2” və “Ağdam 4 Yol” ölçü qovşaqlarından qaz təchizatının
dayandırılması planlaşdırılır.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Bərdə, Tərtər və Ağdam
rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.