14153cb1-6942-4a6f-846a-922601fa4224..jpg

Vətəndaşların ölümlə üz-üzə qaldığı, piyada keçidi olmayan küçə ilə bağlı RƏSMİ AÇIQLAMA

Baxış sayı: 588 dəfə baxılıb.

Vətəndaşların ölümlə üz-üzə qaldığı, piyada keçidi olmayan küçə ilə bağlı
RƏSMİ AÇIQLAMA

Paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində Ruslan Allahverdiyev küçəsində
yaşayan sakinlər ərazidə piyada keçidi olmadığından ölümlə üz-üzə qaldıqlarını
bildiriblər.

Onların sözlərinə görə, əraziyə yaxın yerdə yerüstü piyada keçidi qoyulsa da,
keçidə aparan piyada səkisi yoxdur.

Cixisyolu.com mövzu ilə əlaqədar cavabdeh qurum olan Bakı Nəqliyyat Agentliyinə (BNA)
sorğu ünvanlayıb.

Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, 2022-ci ildə Bakı Nəqliyyat
Agentliyi mütəxəssisləri tərəfindən Xocasən yoluna baxış keçirilib, “Xocasən”
elektrik deposu və metrostansiyasının nəqliyyat ehtiyaclarının əlverişli
şəkildə qarşılanması, ərazi üçün sərnişindaşıma xidmətlərinin keyfiyyətinin
artırılması və piyada əlçatanlığının artırılması məqsədilə layihə hazırlanıb:

“Layihə rəsmi qaydada aidiyyatı üzrə təqdim edilərək razılaşdırılıb. Lakin
icra prosesində layihədən kənara çıxmalar olduğundan mövcud problemlər həllini
tapmayıb. Sonrakı mərhələdə həmin problemlərin aradan qaldırılması məqsədilə
yenidən ərazidə təhlillər aparılıb. Yenidən layihə işlənərək 2023-cü ilin
fevral ayında növbəti dəfə təqdim edilib”.

Könül Cəfərli

Source link