fec2cc39-409e-41bf-93aa-af0e459fd56f..jpg

Vadim Vasilyev ictimaiyyətdən yardım istəməsinin səbəbini açıqlayıb

Baxış sayı: 495 dəfə baxılıb.

Vadim Vasilyev ictimaiyyətdən yardım istəməsinin səbəbini açıqlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev sosial şəbəkə hesabından
ictimaiyyətdən yardım istəməsinə aydınlıq gətirib.

51 yaşlı hücumçu bu barədə “Report”a açıqlama verib.

O, müalicəsinin davamı üçün bu addımı atdığını bildirib. “Hara gedirsənsə, pul
lazımdır. Fizioterapiya qalıb. Xəstəxanaya getməliyəm”.

Keçmiş forvard müraciətindən sonra Azərbaycan Futbol Federasiyaları
Assosiasiyasının (AFFA) və hansısa klubun onunla əlaqə saxlamadığını söyləyib:

“Sadəcə, ictimaiyyətdən müalicəmin davamı üçün kömək istəyirəm. Səhhətim
hələlik normaldır. Gəzirəm, hərəkətlər edirəm”.

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış
edib və 33 oyunda 2 qol vurub. O, daha əvvəl insult keçirdiyi üçün xəstəxanaya
yerləşdirilmişdi.

Source link