“Forbes” jurnalı ən yüksək gəlirləri olan rusiyalı milyarderlərin ilk onluğunu dərc edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Aktivlərin dəyərləndirildiyi ənənəvi “ən zəngin biznesmenlər” reytinqindən fərqli olaraq, bu reytinqdə milyarderlərin ötən ilin fevral ayından cari ilin fevral ayına kimi aktivlərinin satışından və ya dividentlərdən əldə etdiyi “canlı” pulları əsas götürülüb.
Birinci yerdə 2,3 milyard dollar gəlirlə Kiril Şamalov gəlir. Onun gəlirlərinin böyük hissəsi “Sibura” səhmlərinin satışı və dividentlərinin payına düşür.
İkinci pillədə 1,56 milyard dollarla Aleksey Mordaşov göstərilib. Onun əsas gəlir mənbəyi “Sverstal” və “Nordgold” səhmlərinin satışı və dividentləri olub.
İlk üçlüyü 1,23 milyard dollarla “NLMK” şirkətlər qrupunun sahibi Vladimir Lisin tamamlayır.
Siyahıya eyni zamanda Süleyman Kərimov (980 milyon dollar, “Polyus” səhmlərinin satışı və dividentlərindən) , Vahid Ələkbərov (750 milyon dollar, “Lukoyl” dividentlərindən), Alişer Usmanov (660 milyon dollar, “Metalloinvest” və “Meqafon” dividentlərindən) kimi milyarderlər də daxil edilib.