“Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov enerji içilərinin istehsalı ilə məşğul olur.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb.
Ələkbərova məxsus “Ekto” şirkəti 2017-ci ildən etibarən “Plan B” ticarət nişanı altında enerji içkisi satır. Həmin içkini “Lukoyl” yanacaq doldurma məntəqələrində də əldə etmək olur
“Plan B” ticarət nişanının patentini “Ekto” MMC 2017-ci ilin dekabr ayında əldə edib. Şirkət 2016-cı ildə Moskvada qeydiyyatdan keçib, onun yeganə təsisçisi Yusif Ələkbərovdur.
Enerji içkisi Moskvanın kənarında yerləşən “Meqapak” zavodunda istehsal olunur. RBK məlumatına görə, “Ekto” 2 növ içkinin – qəhvə dadlı və “tropik” meyvə dadlı – içkilərin istehsalı üçün yarım il əvvəl sifariş verib. Bu müddət ərzində 200 min bankaya yaxın qeyd olunan enerji içkisi buraxılıb. İstehsal həcminin artacağı gözlənilir.
RBK redaksiyası məsələ ilə bağlı Ələkbərovun oğlundan məlumat almaq istəsə də, sonuncu şərh verməyib. “Lukoyl” şirkətinin mətbuat xidməti də KİV sorğusunu cavabsız qoyub.