b6fddd35-4b12-4936-8a82-c591cdaf22af..jpg

Vahid Ələkbərovun sərvətində fantastik artım

Baxış sayı: 437 dəfə baxılıb.

Vahid Ələkbərovun sərvətində fantastik artım
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın ən varlı iş adamlarının sərvəti 2023-cü ilin əvvəlindən ümumilikdə
38,575 milyard dollar artıb.

Bu barədə “Bloomberg” agentliyi “Milyarderlərin indeksi”nə (“Bloomberg
Billionaires Index”) istinadən məlumat verib.

2012-ci ilin mart ayından etibarən agentlik ən varlı 500 insanın sərvəti
haqqında məlumatların yer aldığı “Bloomberg Milyarderlər İndeksi”ni dərc edir.

Məlumata görə, ilin əvvəlindən “Lukoil”un təsisçisi Vahid Ələkbərov 9,14
milyard dollar qazanıb və sərvəti 24,5 milyard dollara çatıb. “Euroxim” və
“SUEK” şirkətlərinin həmtəsisçisi Andrey Melniçenko 4,03 milyard dollar çox
qazanc əldə edib və sərvəti 17,2 milyard dollara çatıb. “Lukoil”un keçmiş
vitse-prezidenti Leonid Fedun 3,89 milyard dollar qazanıb, onun sərvəti isə
9,76 milyard dollar təşkil edib.

Bu arada, İsveçrənin UBS bankının saytında son bir ildə dünyada milyarderlərin
sayının 7% artdığı və 2 min 542 nəfərə çatdığı bildirilib.

Source link