Vahid Hacıyev: “Cəbrayıl şəhərində 712 mənzilin tikintisi gələn il
yekunlaşacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Cəbrayıl şəhərində 33 binada yerləşəcək 712 mənzilin tikintisi gələn il başa
çatacaq”.
“Report” xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid
Hacıyev Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimində bildirib.
“Soltanlı kəndi çox strateji mövqedə yerləşir. Buradan əsas avtomobil yolları,
dəmir yolu xətləri keçir, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı kəndin
yaxınlığında yerləşir.
İnanıram ki, kənd sakinləri buraya köçdükdən sonra kəndin inkişafı üçün öz
töhfələrini verəcəklər. Bundan başqa, Şükürbəyli və Horovlu kəndləri
tikilməkdədir. Xudafərin qəsəbəsində də tikinti işlərinə başlanılıb”, – deyə o
əlavə edib.