Vahid Hacıyev: “Zəngəzur dəhlizi istiqamətində infrastruktur işləri
sürətləndirilib”
“Zəngəzur dəhlizi istiqamətində infrastruktur işləri tam sürətlə davam edir”.
“Report”un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan
Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi
Vahid Hacıyev bu gün Zəngilan şəhərində keçirilən II Azərbaycan Milli
Şəhərsalma Forumunda deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Şərqlə Qərbin arasındakı
məsafəni qısaldacaq.
V.Hacıyev vurğulayıb ki, tarixən İpək yolu üzərində yerləşən Azərbaycan, heç
şübhəsiz, məhz iqtisadi münasibətlər baxımdan Mərkəzi Asiya, Avropa və Cənubi
Qafqaz arasında mühüm rol oynayıb:
“Daimi sülhün yolu beynəlxalq əlaqələr hesabınadır”.