Valeri Meladze Gürcüstan vətəndaşlığı almaq istəyir

Baxış sayı: 1. 871 dəfə baxılıb.

Valeri Meladze Gürcüstan vətəndaşlığı almaq istəyir

Müğənni Valeri Meladze Gürcüstan vətəndaşlığı almaq istəyir. 

ÇıxışYolu.Com-ın GHN-ə istinadən verdiyi məlumata görə, bu məqsədlə o, Gürcüstan Ədliyyə Nazirliyinə müraciət edib. 

TASS agentliyi isə bildirir ki, V. Meladze Rusiya vətəndaşlığından imtina etməmək şərti ilə Gürcüstan vətəndaşlığına sahib olmaq istəyir. 

V. Meladzenin hazırda Batumidə olduğu bildirilir. O, Vaxtanq Kikabidzenin şərəfinə keçirilən konsertdə iştirak edib.

Qeyd edək ki, avqustun 15-dən Gürcüstan qanunvericiliyində müəyyən dəyişikliklər qüvvəyə minib. Belə ki, bu ölkədə doğulan, lakin başqa ölkənin vətəndaşı olan şəxslər Gürcüstan vətəndaşlığının bərpası üçün müvafiq strukturlara müraciət edə bilərlər. 

V. Meladze 1965-ci ildə Batumi şəhərində dünyaya gəlib. 

www.ÇıxışYolu.Com