Gürcüstan reqbi komandasının baş məşqçisi Milton Haiq və komandanın kapitanı Jaba Breqvadze Yaponiya Kuboku təşkilatçılarını tənqid atəşinə tutub.
ÇıxışYolu.Com xəbər verir ki, Gürcüstanın Uruqvayla matçında Rusiyanın məşhur müğənnisi Valeri Meladzenin gürcü reqbi oyunçuları cəhd etdiyi zaman “Sən məndən nə istəyirsən” mahnısının yer alması narazılığa səbəb olub.
“Oyunda istifadə olunan musiqi rusca idi. Bu baxımdan, Rusiyanın Gürcüstan olmadığını və Gürcüstanın Rusiya olmadığını açıq şəkildə vurğulamaq istəyirəm. Fərqli bir dilimiz, fərqli mədəniyyətimiz var. Yaxşı olardı ki, Beynəlxalq Reqbi Şurası bu məsələyə daha çox diqqət göstərsin”, – deyə Milton Haiq “Gürcüstan Online”ə müsahibəsində bildirib.
Komandanın kapitanı Jaba Breqvadze isə hadisə ilə bağlı fikirlərini bu cür şərh edib:
“Bir anlıq görüşmək və oyunları təşkil edən heyətlə əlaqə saxlamaq istəyirəm. Bu oyun zamanı dəfələrlə rus melodiyası yer aldı. Bu səhv yenidən baş verməsəydi, yaxşı olardı”
Qeyd edək ki, Gürcüstan komandası uruqvaylıları 33:7 hesabı ilə məğlub edib.
Rəşad Əliyev