Valeri Meladzenin Rusiyadakı şirkəti bağlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Valeri Meladzenin açdığı şirkət Moskvanın vergi orqanları tərəfindən bağlanıb.
Məlumata görə, buna sənətçinin Rusiyanı tərk etməsindən sonra şirkətin
fəaliyyətsiz qalması səbəb olub.
“MB Pro” ofisi ifaçılıq sənəti sahəsində xidmətlər göstərib və 20 ilə yaxın
mövcud olub.
Xatırladaq ki, Meladze Rusiya – Ukrayna müharibəsi başladıqdan sonra Kremlin
siyasətilə razılaşmadığı üçün ölkəni tərk edib.
Mənbə: Mash