698f3989-f011-41ef-8fbc-6a2ad0375b51..jpg

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Hindistanda qeyri-adi bazar – ARAŞDIRMA + VİDEO

Baxış sayı: 825 dəfə baxılıb.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Hindistanda qeyri-adi bazar
– ARAŞDIRMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət
göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub.

Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha
doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim
üçün qeyri-adi və imkansız görünsə də, hindlilər bura öz yarlarını axtarmağa
gəlirlər. Hindistanın bütün ştatlarından bazara gəlin namizədlər öz
valideynləri ilə gəlirlər. Bazardakı qiymətlər bahadır və ildə doqquz gün
işləyir.

Yəni əgər kimsə özünə bu bazardan ər tapmaq istəyirsə, həmin doqquz gün
ərzində özünü çatdırmalıdır.

Kişilər özlərini təqdim etmək məqsədilə bura axışırlar. Xüsusi səliqə ilə
geyinib keçinirlər, özlərinə bəzək düzək verirlər. Özlərinə qiyməti də elə
özləri qoyurlar. Ailələr adətən bütün bazarı gəzib hər kəsi gözdən keçirdikdən
sonra seçimlərini edirlər. Daha sonra alver başlayır. Onu da deyim ki, burada
gəlinin sözü keçmir. Söz sahibi yalnız valideynlərdir.

Alış-verişdə adətən kişiyə ya pul təklif olunur, ya da kişinin ailə quracağı
qadınla birlikdə ona veriləcək əmlak. Adətən bu zaman kişiyə 3 sual verilir.
Hansı kastadan olması soruşulur, hansı təhsili var və dişlərinin vəziyyəti
necədir… Bazarda sadə kasıb əhaliyə, həkimlərə, dövlət qulluqçularına,
müəllimlərə və mühəndislərə rast gəlmək olar. Ailələr təhsil haqqında attestat
və digər sənədləri tələb edirlər.

Maraqlı məqamlardan biri də odur ki, kişilər hesab edirlər ki, təhsilə
xərclədikləri pul çoxdursa, qadından daha çox pul tələb edə bilərlər. Hindlilər
hesab edirlər ki, boşanmaların sayı ona görə çoxdur ki, gənclər özləri tanış
olurlar, ya da biri-birilərini sosial şəbəkələrdə tapırlar. Buna görə də,
valideynlər önə düşüb öz qızlarına bu bazarda ər axtarırlar.

Bu bazarı şəhər meydanında təşkil edirlər. Ər namizədlər yüzlərlə kilometr qət
edib ildə doqquz gün təşkil olunan bu bazarda özlərinə ailə axtarmağa gəlirlər.
Çox zaman da bu səyahət nəticəsiz qalmır. Bazarın təşkilatçıları onillərdir
burada öz xoşbəxtliyini tapan insanların siyahısını aparırlar.

Ətraflı Baku TV-nin süjetində:


Source link