Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun
simptomları
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son vaxtlar uşaqlarda yüksək hərarət, səpki, boğaz ağrısı simptomları tez-tez
müşahidə edilir.
Xezerxeber.az-ın məlumatına görə, bu cür simptomlarla bağlı müraciət edənlərin
sayında da artım var.
Uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev bildirib ki, qızılca ilə oxşar
simptomları olan bu xəstəliyin müalicəsində antibiotiklərdən istifadə
edilməlidir:
“Bu infeksiya ağır xəstəlik deyil, lakin bəzən ağırlaşmalar yarana bilər. Bu
ağırlaşmalar revmatizm və böyrəklərdə fəsadlarla özünü büruzə verə bilər”.
Məsələ ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən 10 saylı uşaq
poliklinikasından bildirilib ki, ciddi yanaşılmalı, uşaqlarda olan yüngül boğaz
ağrısına da əhəmiyyət verilməli, aidiyyəti üzrə poliklinikaya müraciət
olunmalıdır.