Valyuta mübadilə məntəqələri bu ildən bazara qayıdır

Valyuta mübadilə məntəqələri bu ildən bazara qayıdır

Baxış sayı: 6. 359 dəfə baxılıb.

Bu ildən Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatdında qeyd edilib. 

Bildirilir ki, “Valyuta tənzimi haqqında” qanunda edilən dəyişikliklərlə bağlı valyuta mübadiləsi fəaliyyətini həyata keçirən subyektlərin fəaliyyətini tənzimləyən hüquqi çərçivə formalaşdırılıb.

Xatırladaq ki, “exchange”lərin fəaliyyəti 2016-cı ildən dayandırılaraq, valyutanın alqı-satqısı əməliyyatları banklara həvalə edilib.

Faktiki olaraq banklar son bir ildir ki, valyuta dəyişmə məntəqəsi rolunu oynayırlar. Valyuta mübadiləsi məntəqələrinin bazara qayıtması ilə bankların bu istiqamətdəki fəaliyyətlərinin yumşalıb-yumşalmayacağı sual doğurur.

Söhbət bankların dolların alışını aşağı məzənnə, satışını isə yüksək məzənnə ilə həyata keçirməsindən gedir. 

.
www.ÇıxışYolu.Com