428072ff-2a42-4cea-ae76-9cf19dbbdd90..jpg

Van Dammın azərbaycanlı gəlini ad günü sürprizindən danışdı – FOTO/VİDEO

Baxış sayı: 453 dəfə baxılıb.

Van Dammın azərbaycanlı gəlini ad günü sürprizindən danışdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu Jan Klod Van Dammın gəlini olan azərbaycanlı məşhur pianoçu
Suada Hacızadə ad günü münasibəti ilə ona edilən xoş sürprizdən danışıb. Belə
ki, həyat yoldaşı Kristofer onun çoxdankı arzusunu reallaşdırıb: Onlar birlikdə
Floridadakı “Harri Potterin sehrli dünyası”na (“The Wizarding World of Harry
Potter”) səyahət ediblər.

Cixisyolu.com-ın məlumatına görə, Suada bununla bağlı özünün sosial şəbəkə hesabından
paylaşım edib.

O, Kristoferə bu emosiyalarla dolu gün üçün təşəkkür edib və onu çox sevdiyini
deyib.

“Artıq mənim özəl kolleksiyamda şəxsi çubuğum da var”, – deyə Suada qeyd edib.

Eyni zamanda Kristofer də Suadanın fotosunu paylaşıb və onun arzusunu
reallaşdırdığını bildirib.

Xatırladaq ki, azərbaycanlı pianoçu Suada Hacızadə ilə Kristofer Van Varenberg
2021-ci ilin iyununda evləniblər.


Source link