Van Qoqun əsəri 4,5 milyon avroya satıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi “Ağ papaqlı
kəndli qadının portreti” tablosu Niderlandın Maastrixt şəhərində keçirilən
Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb.
Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan
(təxminən 8,3 milyon manat) çox pul ödəyib.
Rəsm 63×48 sm ölçüdə kətan üzərində yağlı boya ilə çəkilib. Onun tarixi
təxminən 1884-cü ilə, Van Qoq Hollandiyanın Nyuenen şəhərində yaşadığı vaxta
təsadüf edir.
Rəsm ABŞ-nin Nyu Orleanda yerləşən “M.S. Pay” qalereyası tərəfindən satışa
çıxarılıb. Əsərin yeni sahibi Avropadan kənarda özəl muzeyi olan fərdi şəxsdir.
Onun adı çəkilmir.
Mənbə: TASS