3e876b7f-ff82-4620-9827-cb6f22768f01..jpg

Van Qoqun muzeydən oğurlanan tablosu tapılıb

Baxış sayı: 553 dəfə baxılıb.

Van Qoqun muzeydən oğurlanan tablosu tapılıb

Niderlandda 2020-ci ildə Singer Laren Muzeyindən oğurlanan Vinsent Van Qoqun
tablosu tapılıb.

Rəsmin axtarışını Niderland polisi və məşhur incəsənət detektivi Artur Brand
birgə aparıblar. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları
və Brandın özü tez-tez oğurlanmış sənət əsərinin qaytarılması ilə bağlı
çağırışlar ediblərmiş.

Nəhayət, bu çağırışlar öz bəhrəsini verib. Təhlükəsizlik səbəbi ilə adının
açıqlanmasını istəməyən bir şəxs oğurlanmış rəsm əsərini Branda verib.

Qeyd edək ki, Van Qoqun bu əsərinin dəyəri üç milyon avro ilə altı milyon avro
arasında qiymətləndirilir.

Mənbə: İzvestiya

Source link