“Keşlə” müqavilə müddəti başa çatan futbolçuları ilə yeni sözləşmə imzalamaqda davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, daha üç oyunçu ilə münasibətlər rəsmiləşdirilib.
Bunlar qapıçı Orxan Sadıqlı, yarımmüdafiəçilər Vaqif Cavadov və qambiyalı Ebrima Sohnadır. Adıçəkilən oyunçuların hər biri ilə yeni bir illik müqavilə bağlanıb.
Qeyd edək ki, “Keşlə” mövsümlərarası fasilədə yalnız Məqsəd İsayev, argentinalı Pablo Podio, serb Nemanya Stoyanoviç və Qara Qarayevlə yollarını ayırıb.