e34f5a0e-912a-460d-96a7-4e969b8a684a..jpg

Vaqif Mustafayev “Fəryad” filmindən danışıb: “Eyvandan Xocalıya gedən əsgərləri izləyirdim” – VİDEO

Baxış sayı: 784 dəfə baxılıb.

Vaqif Mustafayev “Fəryad” filmindən danışıb: “Eyvandan Xocalıya gedən
əsgərləri izləyirdim” – VİDEO

“Yaxşı əsər yaratmaq çox çətindir”.

Bu sözləri Xalq artisti, kinorejissor Vaqif Mustafayev ARB telekanalında
yayımlanan “O üz” verilişində deyib.

O, verilişdə “Fəryad” filminin ərsəyə gəlməsindən danışıb.

“Mən “Fəryad” filminin ssenarisini bacımgilin evində, eyvanda oturub yazdım.
Həmin dövrdə o eyvandan Xocalıya gedən əsgərləri izləyirdim. Bu əsər
ədalətsizliyə qarşı mübarizə kimi ərsəyə gəldi”, – deyə o qeyd edib.

Xatırladaq ki, “Fəryad” filmi 1993-cü ildə istehsal olunub. “Ögey ana”
filminin baş qəhrəmanı – İsmayıl (Ceyhun Mirzəyev) artıq böyüyüb, ailə sahibi
olub. “Fəryad” filmində İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, Vətən
torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur,
əsir düşür. Əsirlikdə ermənilər yaralı İsmayılın başına olmazın müsibətlər
gətirirlər.

Birinci Qarabağ müharibəsinə həsr olunmuş filmin baş qəhrəmanının prototipi
var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır.

Rejissor Vaqif Mustafayev təxminən 30 il sonra filmin ardını da çəkərək, onu
“Həyat, deyəsən, gözəldir” (“Fəryad-2”) adlandırıb. Çəkilişlər 2022-ci ildə
yekunlaşıb.


Source link