0d8a2f97-2476-4a03-9e2a-a5bb4b14ed79..jpg

Vaqif Mustafayev: “Filmdəki mesaj ermənilərin doğru yola, yəni Azərbaycana getməsini göstərməkdir” – FOTO

Baxış sayı: 553 dəfə baxılıb.

Vaqif Mustafayev: “Filmdəki mesaj ermənilərin doğru yola, yəni Azərbaycana
getməsini göstərməkdir” – FOTO

“Filmdəki ən böyük mesaj erməniləri doğru yola yönəltmək, onların günəşə, yəni
Azərbaycana getməsini göstərməkdir”.

Cixisyolu.com xəbər verir ki, bunu Xalq artisti Vaqif Mustafayev “CinemaPlus”da
keçirilən “Həyat deyəsən, gözəldir” filminin qala gecəsində jurnalistlərə
açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan kinolarında belə canlanma olmur:

“Özünüz izdihamı müşahidə edin. Hələ bu harasıdır. Nizami Kino Mərkəzində 28
avqust tarixində 470 nəfərlik yerə 700 insan gəlmişdi. Mənə zənglər gəldi ki,
sən necə uzaqgörənsən. Filmdə bu günümüz nümayiş olunur. Dedim, bilmirəm.
Xüsusi uzaqgörənlik etməmişəm. Filmdə sadəcə həqiqətə əsaslanmışam. Bütün
filmlərimdə həqiqətə əsaslanıram. Bugünkü izdiham Azərbaycan kinosuna marağın
necə böyük olduğunu göstərir. Filmdə Ermənistan tərəfinə ən böyük mesaj yaxşı
tərəfə getmələrini göstərməkdir. Günəşə doğru irəliləmələrini, günəşin
Azərbaycanda parıldadığını göstərməkdir”.

Nəzrin Vahid

Source link