19092cfb-e938-45b0-bb45-842f7a8cb916..jpg

Vaqif Mustafayev: “Ömrümü kinoya həsr etməyə dəyərmiş”

Baxış sayı: 501 dəfə baxılıb.

Vaqif Mustafayev: “Ömrümü kinoya həsr etməyə dəyərmiş”

“Mən bu gün tamaşaçı sevgisini görüb bir daha əmin oldum ki, deməli, kinonun
içində olmağa, ömrümü kinoya həsr etməyimə dəyərmiş”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti,
kinorejissor Vaqif Mustafayev Nizami Kino Mərkəzində 70 illik yubileyi
münasibətilə keçirilən yaradıcılıq gecəsində deyib.

O bildirib ki, filmlərində Qarabağın azad olunmasına dair nüanslar hələ 90-cı
illərdən olub:

“Bu gün isə artıq bu məsələ öz həllini tapıb”.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70
illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilir.

Source link