34860343-5f93-4c47-85aa-dcc9dde2368c..jpg

Vaqif Mustafayevin filmi türk dünyasının baş mükafatını qazandı – FOTO

Baxış sayı: 511 dəfə baxılıb.

Vaqif Mustafayevin filmi türk dünyasının baş mükafatını qazandı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kinorejissor, Azərbaycanın Xalq artisti Vaqif Mustafayevin “Fikrət Əmirov”
adlı filmi “VIII Türk Dünyası Sənədli Film Festivalı”nın baş mükafatına layiq
görülüb.

AZƏRTAC xəbər verir ki, oktyabrın 22-də Ankarada “Doqquz ölkə, doqquz şəhər,
bir festival” şüarı altında keçirilən tədbirin final mərhələsi və
mükafatlandırma mərasimi keçirilib.

Festivalın təşkilatçısı, Türk Dünyası Jurnalistlər Birliyinin sədri Menderes
Demir tədbirin Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsi, bir
sıra bələdiyyələr, birliklər, QHT-lər, universitetlər, media şirkətləri və
digər təşkilatların dəstəyi ilə reallaşdığını bildirib.

Sonra türk dünyasına verdiyi töhfələrə görə Azərbaycan Respublikası Milli
Məclisinin Mədəniyyət komitəsinin sədri mərhum Qənirə Paşayeva adına təsis
edilən şərəf mükafatı, Azərbaycan Mədəniyyət Nazirliyinin “Azərbaycanfilmin 100
illiyi” kimi bir sıra mükafatlar sahiblərinə verilib.

Əsas mükafatı alan Azərbaycanın Xalq artisti Vaqif Mustafayev festivalın
təşkilində əməyi keçən hər kəsə təşəkkürünü ifadə edib. Rejissor mükafatın məhz
“Fikrət Əmirov” filminə verilməsini jürinin ədalətli qərarı olduğunu vurğulayıb.

Vaqif Mustafayev mükafatın dəyərini ifadə edərək deyib:

“Hazırda əlimdə tutduğum mükafatın ağırlığı ona verilən əməyin, sevginin
ağırlığıdır”.

Tədbirdə ölkəmizi Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın
TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı və digər təşkilatların
nümayəndələri təmsil ediblər.

Festivalın ikincilik mükafatını təqdim edən səfir Rəşad Məmmədov Türkiyə
istehsalı serialların ortaq tariximizin dünyada tanıdılması baxımından xüsusi
əhəmiyyət kəsb etdiyini deyib.

Builki “Türk Dünyası Sənədli Film Festivalı”na ümumilikdə 371 müraciət olub.
Onlardan müsabiqənin şərtlərinə uyğun 152 sənədli film seçilərək festivala
qəbul edilib. Festivalın 41 nəfərdən ibarət münsiflər heyətinin rəhbəri
türkiyəli rejissor Ferda Gürcandır.

Mükafata layiq görülən filmlərin dünyanın doqquz ölkəsində nümayişi
planlaşdırılır. İlk nümayişin oktyabrın 25-də Bakı Dövlət Universitetində
keçirilməsi nəzərdə tutulur.

Tədbir əsnasında rejissor Tahir Tahiroviçin təşəbbüsü ilə “Azərbaycanfilm”
kinostudiyasının yaranmasının 100 illiyi münasibətilə özündə filmlərimizdən
fotoşəkilləri əks etdirən sərgi açılıb.

Source link