a349aa53-9159-4f4e-8ef8-40bd29537550..jpg

Vaqif Mustafayevin filmlərini ilk kadrlardan tanımaq olar – VİDEO

Baxış sayı: 661 dəfə baxılıb.

Vaqif Mustafayevin filmlərini ilk kadrlardan tanımaq olar – VİDEO

Baku TV kinorejissor, ssenarist, Azərbaycanın Xalq artisti Vaqif Mustafayevdən
veriliş hazırlayıb.

Verilişdə sənət adamları, tanınmış şəxslər və dostları rejissor haqqında
danışıb.

Vaqif Mustafayev yaradıcılığının ilk illərində “Mozalan” kinojurnalı üçün
50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib.

V.Mustafayev ilk kino mükafatını 1984-cü ildə Moskvada Beynəlxalq gənc
kinematoqrafçılar kinofestivalında “Belə lazımdır” qısametrajlı filmində “Ən
yaxşı rejissor işinə görə” qazanıb. Həmin ildə “Mosfilm” kinostudiyasının
festivalında onun “Musiqili xaş” filmi “Ən yaxşı ssenariyə görə”
mükafatlandırılıb.

O, 1985-ci ildə “Bəyin oğurlanması” kinokomediyasını çəkib.


Source link