Vaqif Xaçatryan Azərbaycan xalqından üzr istədi – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Vaqif Xaçatryanın məhkəmə iclasında o, Azərbaycan xalqından üzr istədiyini
bildirib.
“Mən bəzi ermənilərin törətdiyi hadisələrə görə Azərbaycan xalqından üzr
istəyirəm”, – o deyib.
11:43
Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmiş Çərkəz
Mehralıyev ifadə verib.
O bildirib ki, Meşəli kəndinə Badara və Daşbulaq kəndlərindəki ermənilər hücum
edib qətliam törədiblər.
“Anam, bacım və qızım Meşəlidəki hadisələrdə yaralandılar. Vaqif Xaçatryan və
qardaşı Qurgen də Meşəlidəki cinayətlərdə iştirak ediblər. Vaqif Xaçatryan
yalan ifadələr verir. Deyir ki, guya Meşəlidəki hadisələrdə iştirak etməyib. O,
yalan danışır”, – deyə Ç.Mehralıyev əlavə edib.
11:35
Vaqif Xaçatryanın məhkəmə iclasında zərərçəkmiş Teymur Salmanov onunla üzləşib.
Cixisyolu.com bildirir ki, zərərçəkmiş Xaçatryana etdiyi cinayətləri xatırladıb:
“Sən indi utandığından gərək başını qaldırmayaydın, amma burada hamı ilə
dirəşirsən. Sizdə rəhm vardı, 14 yaşlı uşağı güllələdiniz?”
Videonu təqdim edirik:
11:19
Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində növbəti zərərçəkmiş
Bəyim Rəhimova ifadə verib.
Cixisyolu.com-ın məlumatına əsasən, Bəyim Rəhimova deyib ki, o, Meşəli hadisələrində
ağır yaralanıb.
“Qardaşım Salman və həyat yoldaşım da evdə idilər. Ermənilər bizi elə
mühasirəyə almışdılar ki, hamımızı qırsınlar. Qardaşım da yaralandı. Meşəlidə
soyqırımı olmamışdan öncə də ermənilər bizimlə münaqişədə idilər. Meşəli
hadisələrinə qədər mən özüm həkim kimi neçə yaralımızı müalicə etmişəm”, – deyə
o əlavə edib.
10:47
Azərbaycanlılara qarşı soyqırımında ittiham olunan Vaqif Xaçatryanın məhkəmə
prosesində zərərçəkmişlərdən Alış Alışov ifadə verib.
Cixisyolu.com-ın məlumatına əsasən, Alış Alışov Vaqif Xaçatryanı şəxsən tanıdığını
bildirib.
“Xocalı rayonunun Meşəli kəndində atışma olanda Vaqif Xaçatryan və qardaşı
qətliamlarda iştirak ediblər. Onlar Qənimətin başına balta ilə vurduqdan sonra
hələ güllələdilər də”, – deyə o əlavə edib.
10:29
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli
kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın
cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Cixisyolu.com-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin
inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə
keçirilir.
08:14
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli
kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın
cinayət işi üzrə məhkəmə iclası bu gün davam etdiriləcək.
Cixisyolu.com-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin
inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə
keçiriləcək.
Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.
Qeyd edək ki, oktyabrın 18-də keçirilmiş məhkəmədə prokuror ittiham aktını
elan edib. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra
Hakimiyyəti tanınıb.
Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı
məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini
bildirib. Bundan sonra Xaçatryanın vəkili Radmina Abulova olacaq.
Qeyd edək ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda
yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən
ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində
Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli
azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma,
silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma
cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif
dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə
təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan
Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə
13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət
Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb
edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri
Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib
və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili
İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və “İnterpol”un
Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı
Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın”
sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin
tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş
ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın
29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün
aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.